Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sahib Əliyev Südeyif

Salam,mən Əliyev sahib sizə bildirirəm ki, mən 2001ci ildə insult keçirmişəm, 2012ci ildə isə epilepsia xəstəliyinə tutulmuşam. 2ci qrup əliləm və mənə müalicə həkimim depokin adlı dərman təyin etmişdir. Amma mən rayonda (İsmayıllı) təyin olunan miqdarda dərman ala bilmirəm.Səbəbini soruşanda mənə bildirirlər ki, nazirlikdən lazımi qədər dərman verilmir. Mənə depokin dərmanı əvəzinə başqa dərman verirlər, hansı ki, mənə lazımi qədər təsir etmir. Dövlətimizin indiki inkişaf vaxtında, belə imkanları olduğu vaxtlarda nəyə görə mənim kimi xəstələrə təyin olunan dərman verilmir? Mən belə fikirləşirəm ki, depokin dərmanı baha amma mənə əvəzində verilən navarin xr dərmanı ucuz olduğuna görə mənə bu dərmanı verib təyin olunan dərmanı isə mənimsəyirlər. Əgər siz bu dərmanı (depokin) qeydiyyada olan həkimin təyin etdiyi xəstələrə verirsinizsə bəs nəyə görə mənə rayonda deyilir ki, 100lərlə mənim kimi xəstəyə 2paçka depokin dərmanı verilib.Xahiş edirəm məni bu dərmanla təmin edəsiniz. Əvvəlcədən təşəkkürlər.

Sizin müraciyətiniz icra götürülmüşdür( qeydiyyat № Ə-13724 ) əlavə məlumatı 4412603 daxili 113 nömrəsindən ala bilərsiz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..