Əsas bölmələr
Azərbaycan Respublikasinin Nazirlər Kabineti
Qərar № 217 / 15.10.2010-cu il
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 sentyabr tarixli 211 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 825) ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın “Ana və uşaqların qorunması üzrə Tədbirlər Proqramının həyata keçirilməsi planı”na aşağıdakı məzmunda 21-ci bənd əlavə edilsin:
| 2.1 | Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 4 nömrəli Doğum Evinin yenidən qurulması, təmiri və müvafiq tibbi avadanlıqlarla təchiz edilməsi | Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti | 2010 |
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə