Ağstafa Rayon Mərkəzi Xəstəxanası
Katirovka sorğusu elan edir
Lot-1. Ümumi təyinatlı dərman və sarğı materialları.
Lot-2. Xüsusi təyinatlı dərman (narkotik, psixotrop, zərdab, vaksin, şəkərli və şəkərsiz diabet, ağ ciyər və s. profilli preparatlar) və rentgen, flüoroqrafiya, laboratoriyada işlənən materiallar
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
— aşağı qiymət;
— yüksək keyfiyyət;
— müqavilənin vaxtındə yerinə yetirilməsi və nəqliyyatla müəssisəyə çatdırılması;
— analoji işlərdə təcrübəsi;
— maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
LOT üzrə satınalınan malların təhvil verilməsi 2008-ci il ərzində Mərkəzi Xəstəxananın tələbatına əsasən həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar əlavə məlumat almaq uçün maraqlananlar aşağıdakı telefona müraciət edə bilərlər:
Telefon: (0244)5-11-50
Ünvan: Ağstafa şəhəri, Heydər Əliyev küçəsi N-48
Maraqlananlar hər LOT üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.
Lot-1 üzrə—40 (qırx) manat
Lot-2 üzrə—60 (altmış) manat
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Ağstafa Rayon Mərkəzi Xəstəxanası Ağstafa Rayon YXO
Hesab: 1320500000
VÖEN: 3600068011
Bank: “KAPİTALBANK”ın Ağstafa filialı
Kod: 200521
VÖEN: 9900003611
Müxbir hesabı: 5228010000
S.W.I.F.T.BIK AIIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün 3 mart 2008-ci il saat 17:00-a kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
— tenderdə iştirak etmək üçün yazılı müraciət;
— tenderdə iştirak haqqının ödənilmasini təsdiq edən bank sənədi;
— malgöndərənin son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə banka verilmiş arayışı;
— malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan kəçdiyi ölkə və rekvizitləri;
— malgöndərənin satınalma müqaviləsinin icrasını təmin etmək üçün sahə peşəkarlığının, təcrübəsinin texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığınm olması barədə arayışı;
— malgöndərənin Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keşmiş öhdəliklərin olmaması haqqında
müvafiq təşkilatlardan arayışları;
— iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
İddiaçılar öz tender təkliflərini (zərflərin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və tender təktifinin 1 faizi həcmində tender təminatını (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır) 2 nüsxədən ibarət (əsli, surəti) ikiqat zərfdə imzalanıb, möhürlənmiş vəziyyətdə 13 mart 2008-ci il saat 18:00-a qədər Tender Komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təkliflərinin açılışı 14 mart 2008-ci il saat 16:00-da Ağstafa Rayon Mərkəzi Xəstəxanasında olacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uygun keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası