.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

 

1995-ci il noyabrın 12-də keçirilən Azərbaycan Respublikası Referendumunda qəbul olunmuş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.

 

ÇIXARIŞLAR

 

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ

 

1. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

 

2. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.

 

Maddə 41. Sağlamlığın qorunması hüququ

 

1. Hər kəsin sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır.

 

2. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

 

3. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və hallan gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

 

Maddə 78. Ətraf mühitin qorunması

 

1. Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

Çap versiyası | Baxılıb 659
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır