.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

FƏALİYYƏTLƏR

Azərbaycanda Səhiyyə Sektorunda İslahatlar layihəsi haqqında məlumat

Azərbaycanda Səhiyyə Sektorunda İslahatlar layihəsinin (SSİL) məqsədi səhiyyə sistemi üzrə idarəetmə və maliyyələşdirməni təkmilləşdirməkdən və sağlamlıq göstəricilərini yaxşılaşdırmaq baxımından maliyyə təminatını və davamlılığını təmin etməklə seçilmiş pilot rayonlarda zəruri səhiyyə xidmətlərinə çıxış imkanlarını və bu xidmətlərin keyfiyyətini artırmaqdan ibarətdir.

SSİL Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 09.10.2006-cı ildə imzalanmış və 20.12.2006-cı ildə qüvvəyə minmiş Maliyyələşdirmə Sazişinə əsasən, həyata keçirilir və 20.12.2006-31.12.2012-ci illəri əhatə edir. Layihənin ümumi dəyəri 78.25 milyon ABŞ dolları məbləğindədir. Bu vəsaitin 50.00 milyon ABŞ dolları Beynəlxalq İnkişaf Assosiasiyasının ayırdığı kredit, 28.25 milyon ABŞ dolları isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.

Layihə 5 (beş) komponentdən ibarətdir: (I) Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsi, (II) səhiyyə xidmətlərinin çatdırılmasının yaxşılaşdırılması, (III) səhiyyənin davamlı maliyyələşdirilməsi və resursların səmərəli bölgüsünün təmin edilməsi, (IV) kadr resurslarının inkişaf etdirilməsi və (v) layihənin idarə edilməsi, monitorinq və qiymətləndirilməsi.

Qeyd: Səhiyyə Sektorunda İslahatlar Layihəsinə dair sənədləri, o cümlədən “Ətraf mühitin mühafizəsi ilə bağlı fəaliyyət planı”nı və “Tibb müəssisələrinin tikintisi və təmiri zamanı köçürməyə dair fəaliyyət planı”, Lahiyə İcra Qrupundan əldə etmək mümkündür.”

 

Komponent A – Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsi

Bu komponentin məqsədi səhiyyə siyasətinin formalaşdırılması, planlaşdırma və tənzimləmə vasitəsi ilə mexanizmlərin, alətlərin hazırlanması və tətbiq edilməsi, SN işçilərinə təlimlərin keçirilməsi və texnoloji və fiziki infrastrukturun təkmilləşdirilməsi sahəsində SN-ə yardım etməkdən ibarətdir.

Alt-komponent A1 - Səhiyyə siyasəti ilə bağlı potensialın gücləndirilməsi

Görülmüş işlər:

Səhiyyə Sektorunun Fəaliyyətinin Qiymətləndirilməsi modelinə uyğun 2010-cu ilin yekunları üzrə Səhiyyə Sisteminin Fəaliyyətinin Qiymətləndirilməsi hesabatının layihə variantının hazırlanması;

 Səhiyyə Siyasəti və Planlaşdırma Şöbəsinin yaradılması;

Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılmasına dair tədgiqatın  keçirilməsi.

Alt- komponent A2 – Dərman siyasəti və idarəetmə

Görülmüş işlər:

“Farmakoloji nəzarət və dərmanlardan səmərəli istifadə” mövzusunda pilot rayonların tibb mütəxəssisləri arasında təlimlərin keçirilməsi;

Əsas dərman vasitələrinin siyahısının layihə variantının hazırlanması;

Alt- komponent A3 – Keyfiyyətə nəzarət və tibb müəssisələrinin akkreditasiyası

Görülmüş işlər:

 Keyfiyyətə nəzarət sistemi üzrə pilot rayonlarının mərkəzi xəstəxanalarının rəhbər işçiləri və Səhiyyə Nazirliyi işçiləri üçün seminarların  təşkili və təlimlərin keçirilməsi;

 “Tibb müəssisələrinin Layihələndirilməsi və İstismarına dair sanitariya-epidemioloji qaydaları və Normaları” sənədinin layihəsinin hazırlanması;

 Tibb müəssisələrinin təchizatına və avadanlıqlarına dair minimal standartların layihə variantının hazırlanması;

 Tibbi yardımın göstərilməsi üzrə standartların və normativ  sənədlərin layihə variantının hazırlanması;

 Tibbi avadanlıqlardan istifadə edəcək ixtisaslı mühəndis kadrlar üçün təlimlərin keçirilməsi;

Alt- komponent A4 – Səhiyyə informasiya sisteminin gücləndirilməsi

Görülmüş işlər:

 AZS-066 statistik forma (Xəstənin stasionardan çıxarış vərəqəsi) əsasında alınan məlumatların avtomatik toplanması üçün proqram təminatının hazırlanması və Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi ilə inteqrasiya olunması;

 Seçilmiş xəstəxanalarda (Qax MRX) sınaqdan keçirmək üçün zəruri informasiya texnologiyaları bazasının yaradılması;

Səhiyyə mütəxəssislərin sertifikasiya sisteminin tətbiqi ilə bağlı müvafiq proqram təminatı;

Alt - komponent A5 – Yeni aşkar olunan xəstəliklərə SN-nin cavab tədbirləri görmək imkanlarının artırılması

Görülmüş işlər:

Yoluxucu xəstəliklərə nəzarət sisteminə dair Milli Strategiyanın ilkin variantının hazırlanması.

Yoluxucu xəstəliklər üzrə müasir epidemioloji müşahidə və nəzarət sistemi və müşahidə standartlarının hazırlanması və təlimlərin keçirilməsi;

Rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin epidemioloji nəzarət funksiyasını gücləndirmək üçün onların kompyuterlər  ilə təmin edilməsi

Rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin epidemioloji nəzarət funksiyasını gücləndirmək üçün onların nəqliyyat vasitələri ilə təmin edilməsi;

8 Rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin virusologi laboratoriyalar; avadanla;qla teciz edilm’si

Səhiyyə Nazirliyində “Fövqəladə hallarda idarəetmə mərkəzi”-nin kompüter avadanlığı və ofis mebeli ilə təmin edilməsi;

Komponent B - Səhiyyə Xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi

Bu komponentin məqsədi Abşeron, Ağdaş, İsmayıllı, Şəki və Qax pilot rayonlarında səhiyyə xidmətlərinin uyğunluğu, keyfiyyəti və texniki səmərəliliyini artırmaqdan ibarətdir.

Alt-komponent B1 - Rayon və respublika səviyyəsində səhiyyə sisteminin gücləndirilməsi

Görülmüş işlər:

Milli Səmərələşdirmə Planının  işlənib-hazırlanması;

Xəstəxana və İlkin Səhiyyə Xidməti rəhbərləri üçün idarəetmə və maliyyə üzrə təlim modullarının işlənilib-hazırlanması;

Ailə həkimləri və orta tibb işçiləri üçün təlim planının hazırlanması;

Səmərələşdirmə planında istifadə olunan metodologiya əsasında tibb müəssisələri şəbəkəsi və strukturunun Səmərələşdirməsinin həyata keçirilməsi;

Alt-komponent B2 - İlkin Səhiyyə Xidmətlərinin (ambulator) gücləndirilməsi

Görülmüş işlər:

Ailə təbabəti konsepsiyasının pilot rayonlarda tətbiq edilməsinə dair 10 həkim və 10 orta tibb işçisindən ibarət təlimçi qrupunun Türkiyənin Haccetepe Universitetində hazırlanması;

İlkin Səhiyyə Xidmətində çalışan həkim və orta tibb işçilərinin təlimi;

Bakı şəhərində Təlim Mərkəzinin yaradılması;

Şəki şəhərində Təlim Mərkəzinin yaradılması;

Ailə təbabəti üzrə pilot rayonların həkim və orta tibb işçiləri arasında təlimlərin keçirilməsi;

Tibb mütəxəssislərinin xaric ölkələrin  müxtəlif tibb müəssisələrində ixtisasartırma kurslarına göndərilməsi.

Alt komponent B3 – Xəstəxana Xidmətlərinin Təkmilləşdirilməsi

Görülmüş işlər:

Ağdaş və Şəki rayonlarında tikintisi nəzərdə tutulmuş 100 çarpayılıq prototip xəstəxananın eskiz layihəsinin hazırlanması;

 

Ağdaş və Şəki rayonlarında tikintisi nəzərdə tutulmuş 100 çarpayılıq prototip xəstəxanaların tikinti işlərinə başlanması;

 

Pilot rayonlarında tikiləcək kənd sahə xəstəxanaları və həkim məntəqələrinin layihəsinin hazırlanması;

Komponent C - Səhiyyənin davamlı maliyyələşməsi və resursların səmərəli bölgüsünün təmin olunması

Bu komponentin məqsədi əhali tərəfindən səhiyyə ödənişləri riskini tədricən azaltmaq və gəlirlərin daha səmərəli qaydada cəmlənməsi, toplanması və bölüşdürülməsi, habelə səhiyyə xidmətlərinin satınalınması yolu ilə sığorta prinsiplərinə keçmək məqsədilə səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasından ibarətdir.

Alt-komponent C1 - Davamlı Maliyyələşdirmə üçün seçim variantlarının işlənib hazırlanması

Görülmüş işlər:

 

“Azərbaycan Respublikasında Səhiyyənin Maliyyələşdirmə sistemində islahat Konsepsiyasının icrası və İcbari Tibbi Sığortanın tətbiqi üzrə İcra Planı”nın layihəsinin işlənib- hazırlanması;

Yeni təminatçı-ödəniş sistemlərinin tətbiqi üçün siyasət və normativ sənədlərin – tibbi xidmət təminatçıları üçün rəhbərliyin (kitabça) layihə variantının hazırlanması;

Azərbaycanda səhiyyənin yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqi ilə bağlı zəruri qanunverici bazanın layihə variantının hazırlanması;

Alt-komponent C2 - Səhiyyədə resursların paylaşdırılmasının effektivliyinin artırılması

Görülmüş işlər:

Səhiyyədə yeni maliyyələşdirmə mexanizmlərinə keçmək üçün zəruri statistik bazanın formalaşdırılması.

Komponent D - Kadrların İnkişaf etdirilməsi

Bu komponentin məqsədi səhiyyə sektorunun uzun müddətli kadr resurslarına olan ehtiyacının təmin edilməsindən ibarətdir.

Alt-komponent D1 - Səhiyyə kadrlarına dair Siyasət və Planlaşdırma

Görülmüş işlər:

Səhiyyədə işçi qüvvəsi üzrə siyasət və planlaşdırma sənədinin hazırlanması;

Səhiyyədə klinik protokolların və onlardan praktik tibb fəaliyyətində istifadə olunması məqsədi ilə “Klinik protokolların hazırlanması texnologiyası” adlı layihə sənədin hazırlanması;

Alt-komponent D2 - Səhiyyə kadrlarınının təhsili və təlimi

Görülmüş işlər:

Səhiyyə sistemində peşəkar birliklərin gücləndirilməsinə dair layihə sənədin hazırlanması;

“Kliniki protokolların tətbiq edilməsi” ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində tibb müəssisələrin işçi heyyəti üçün 4 kliniki protokol üzrə təlimlərin keçirilməsi;

Tibb işçilərinin sertifikatlaşdırmasına dair hüquqi sənədlərin (Qanunlarda dəyişiklər və Qaydalar) hazırlanması;

 

“Diplomdan sonrakı tibbi təhsilin inkişaf etdirilməsi” adlı sənədin hazırlanması;

 

“Diploma qədər tibbi təhsilin inkişaf etdirilməsi” adlı sənədin hazırlanması;

 

Tibb mütəxəssislərinin sertifikasiyasının həyata keçirilməsi;

 

Tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı məlumatlandırma kompaniyasının aparılması;

Komponent E - Layihənin idarə edilməsi, monitorinq və qiymətləndirilməsi

Bu komponentin məqsədi SN tərkibində yaradılacaq və bu layihənin gündəlik icrası, müvafiq tərəfdaşların əlaqələndirilməsi, satınalma, ödəniş, maliyyənin idarə edilməsi, təlimlərin təşkili ilə məşğul olacaq, habelə layihənin nəticələrinin monitorinq və qiymətləndirilməsini təmin edəcək LİQ-na dəstək verməkdən ibarətdir.

Növbəti dövrdə görülməsi nəzərdə tutulan işlər

Səhiyyə Sektorunun İslahatları Layihəsi çərçivəsində layihənin komponentləri üzrə 2011-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər aşağıdakılardır:

I.       Komponent A - Səhiyyə Nazirliyinin idarəetmə potensialının gücləndirilməsi:

Səhiyyə İnformasiya Sisteminin İnkişafına dair Milli Strategiyanın işlənib-hazırlanmasına dəstək, eləcə də Səhiyyə İnformasiya Sisteminin təkmilləşdirilməsinə dair satınalma prosesinin yekunlaşdırılması və təchizatçı ilə müqavilənin bağlanması;

Seçilmiş xəstəxanalarda sınaqdan keçirmək üçün zəruri informasiya texnologiyaları bazasının təchiz olunması və quraşdırılması;

Yoluxucu xəstəliklərə nəzarət sisteminə dair Milli Strategiyanın həyata keçirilməsinə dəstək və yoluxucu xəstəliklərə nəzarətlə bağlı tətbiq olunan yeni standardların qəbul olunması;

SN-nə texniki dəstək və zəruri informasiyaların səmərəli çatdırılması üçün SN-nin potensialının gücləndirilməsi.

  1. Komponent B – Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi:

İlkin səviyyədə tibbi xidmətlərin keyfiyyətini yüksəldilməsi və əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədilə ailə təbabətinə dair təlimlərin keçirilməsi və səhiyyə müəssisələrinin rəhbər heyəti üçün təlimlərin təşkili;

İlkin Səhiyyə Xidməti obyektlərinin və kənd sahə xəstəxanalarının tikintisi və təchizatçı ilə təminatı;

İkincili səviyyədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədilə Ağdaş və Şəki şəhərlərində xəstəxanaların tikintisinin davam etdirilməsi və Şəki şəhərində perinatal mərkəzin əsaslı təmiri;

Səhiyyə müəssisələrinin rəhbər heyəti, həkim və tibb bacıları üçün keyfiyyətli tibbi xidmətlərin çatdırılmasına dair təlimlərin təşkili.

III. Komponent C – Səhiyyənin davamlı maliyyələşdirilməsinin və resursların səmərəli bölgüsünun təmin olunması:

Səhiyyədə xəstəliklər  üzrə ödəniş mexanizmlərinin işlənib-hazırlanması;

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 179 saylı qərarına əsasən, səhiyyə sistemində yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqinə dair normativ hüquqi bazanın işlənib-hazırlanması üçün yerli və xarici ekspertlərin cəlb olunması;

IV.        Komponent D – Kadr potensialının inkişaf etdirilməsi:

Diploma qədər tibbi təhsilin təşkili ilə bağlı Milli Strategiyanın və bu strategiyanın tətbiqi mexanizmlərinin işlənib-hazırlanmasına dəstək;

Tibb mütəxəssislərinin sertifikasiya prosesinin həyata keçirilməsinə dəstək;

ATU-nun müəllim heyəti üçün təlimlərin təşkili.

 

Çap versiyası | Baxılıb 1036
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır