Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

 Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 22 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 18 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 358, mikrobioloji göstəricilərinə görə 409 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 11-də orqanoleptik və fiziki-kimyəvi, 8-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

Şadlıq evlərindən 899 yaxma nümunəsi götürülmüş, 11 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

Oktyabr ayı ərzində əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş vermiş, 86 nəfər zərərçəkən, o cümlədən 1 botulizm hadisəsi baş vermiş, 7 nəfər zərərçəkən olmuşdur. Qida zəhərlənməsi hadisələri məişətdə baş vermişdir.

2/12/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->