Əsas bölmələr
Azərbaycan Respublikasinin Nazirlər Kabineti
Qərar № 099 / 22.06.2009-cu il
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyun tarixli 100 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:
1. «2009-cu ilin iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi» təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etsin.
3. Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsinlər.
4. Məxfi.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2009-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görsünlər.
6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 22 iyun tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmişdir
2009-cu ilin iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının
T Ə R K İ B İ
| Komissiyanın sədri | Ə.Hüseynov - Azərbaycan Respublikasının hərbi komissarı |
| Komissiya sədrinin müavini | M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini |
Komissiyanın üzvləri:
| O.Zalov | Daxili İşlər Nazirinin müavini |
| A.Vəlibəyov | Səhiyyə Nazirinin üavini |
| T.Musayev | Ədliyyə Nazirinin müavini |
| A.Dadaşov | AHİK Sədrinin müavini (razılaşdırılmışdır) |
| S.Novruzov | Milli Məclisin deputatı (razılaşdırılmışdır) |
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə