Əsas bölmələr
"İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı"nın təsdiq edilməsi haqqında
11.06.2012
AZƏRBAYCAN RESPUBLIKASI
NAZIRLƏR KABINETI
QƏRAR
№ 131
Bakı şəhəri, 11 iyun 2012-ci il
"İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı"nın təsdiq edilməsi haqqında
"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 224-IVQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 532 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların) Siyahısı" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 iyun tarixli 131 nömrəli qərarı ilə təsdiq edilmişdir
İlkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən xəstəliklərin (psixi pozuntuların)
S İ Y A H I S I
|
Sıra №-si |
Psixi pozuntunun adı |
Xəstəliyin XBT-10 üzrə kodu
|
|
1. |
Üzvi emosional-labil (astenik) pozuntu |
F 06.6. |
|
2. |
Yüngül dərəcəli koqnitiv pozuntu |
F 06.7. |
|
3. |
Yüngül dərəcəli depressiv epizod |
F 32.0. |
|
4. |
Orta dərəcəli depressiv epizod |
F 32.1. |
|
5. |
Rekurrent depressiv pozuntu, yüngül dərəcəli gedişli epizod |
F 33.0. |
|
6. |
Rekkurent depressiv pozuntu, orta dərəcəli gedişli epizod |
F 33.1. |
|
7. |
Distimiya |
F 34.01. |
|
8. |
Aqorafobiya |
F 40.0. |
|
9. |
Sosial fobiya |
F 40.01. |
|
10. |
Spesifik fobiyalar |
F 40.2. |
|
11. |
Təşviş pozuntuları (epizodik paroksizmal həyəcan) |
F 41.0. |
|
12. |
Generalizə olunmuş təşviş pozuntuları |
F 41.1. |
|
13. |
Qarışıq təşviş və depressiv pozuntular |
F 41.2. |
|
14. |
Kəskin stress reaksiyası |
F 43.0. |
|
15. |
Posttravmatik stress pozuntusu |
F 43.1. |
|
16. |
Uyğunlaşma pozuntusu (adaptasiya pozuntuları) |
F 43.2. |
|
17. |
Somatikləşmiş pozuntu |
F 45.0. |
|
18. |
İpoxondrik pozuntu |
F 45.2. |
|
19. |
Somatoform vegetativ pozuntu |
F 45.3. |
|
20. |
Nevrasteniya |
F 48.0. |
|
21. |
Nevrogen anoreksiya |
F 50.0. |
|
22. |
Nevrogen bulimiya |
F 50.2. |
|
23. |
Qeyri-üzvi mənşəli yuxusuzluq |
F 51.0. |
|
24. |
Qeyri-üzvi mənşəli hipersomniya |
F 51.1. |
|
25. |
Qeyri-üzvi mənşəli ayıq-yuxu rejiminin pozuntusu |
F 51.2. |
Qeyd. Siyahıda qeyd olunan pozuntuların ilkin tibbi yardım göstərən tibb müəssisələrinin həkimləri tərəfindən müalicəsi zamanı bir ay müddə-tində xəstənin vəziyyəti yaxşılaşmadıqda, xəstə mütləq ixtisaslaşdırılmış psixiatriya müəssisəsinə göndərilməlidir.
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə