.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 noyabr 2011-ci il.

 

Çap versiyası | Baxılıb 416
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Səhiyyə Nazirliyinin “Elektron xidmətlər”indən istifadə edirsinizmi ?
İstifadə edirəm
İstifadə etmirəm
Ehtiyac duyulmayıb
Bacarmıram
Bilmirəm nə üçün lazımdır