Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Könüllülər

Könüllü fəaliyyətinə sən də qoşul!

Səhiyyə Nazirliyi  “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoymuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Səhiyyə NazirliyiAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqinə başlayır.

 

Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanuna müvafiq olaraq Səhiyyə Nazirliyi könüllü fəaliyyəti əsas etibarı ilə aşağıdakı bölmələr üzrə təşkil edir:

Səhiyyə Nazirliyinin inzibati binası

Tibbi yardımın təşkili şöbəsi

Kadrlar, elm və təhsil şöbəsi

Sanitariya və epidemiologiya nəzarəti sektoru

Ümumi şöbə

Səhiyyənin informasiyalaşması mərkəzi

Bakı Baş Səhiyyə İdarəsi

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası

Kliniki Tibbi Mərkəz (qeydiyyat şöbəsi)

Azərbaycan Tibb Universiteti

Klinikaları

Tədris Onkoloji Klinika (qeydiyyat şöbəsi)

Tədris Stomatoloji Klinika (qeydiyyat şöbəsi)

Tədris Terapevtik Klinika (qeydiyyat şöbəsi)

Tədris Cərrahiyyə Klinika (qeydiyyat şöbəsi)

Azərbaycan Tibb Universitetinin inzibati binası

I müalicə-profilaktika fakultəsi dekanlığı

II müalicə-profilaktika fakultəsi dekanlığı

Stomatologiya fakultəsi dekanlığı

Əczaçılıq fakultəsi dekanlığı

İctimai səhiyyə fakultəsi dekanlığı

Tədris şöbəsi

Rezidentura şöbəsi

Xarici tələbələrlə iş üzrə dekanlıq

İnzibati-təsərrüfat işlər üzrə prorektorluq

Beynəlxalq əlaqələr şöbəsi

 

Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Səhiyyə Nazirliyi üzrə gündəlik olaraq 2 növbədəkönüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər. Növbələrin bölgüsü aşağıdakı kimidir:

 

      09:00 – 13:00 – Birinci növbə

      14:00 – 18:00 – İkinci növbə

 

Səhiyyə Nazirliyikönüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu keçid fürsəti ola bilər.

Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-29 yaş arası gənclərmüraciət edə bilər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

 

  • İntizamlılıq
  • Xoşrəftarlılıq
  • Ünsiyyətcillik
  • Operativlik
  • Kollektivdə işləmək bacarığı
  • Təşkilatçılıq
  • Təşəbbüskarlıq
  • Kompüter bacarığı

 

Müraciət üçün:

Könüllülər sırasına qoşulmaq üçün müraciət formasını yükləyin, məlumatlarınızı elektron şəkildə doldurun, imzalamadan konullu@health.gov.az e-poçtuna göndərin. Sizinlə əlaqə saxlayıb müsahibəyə dəvət edəcəklər. Müsahibədən keçən namizədlərlə könüllü fəaliyyətin göstərilməsi üzrə 2 ay müddətinə müqavilə bağlanacaqdır. Müqavilə ilə əvvəlcədən tanış olmağınız tövsiyə olunur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..