Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Müəssisə sahibkarları inzibati qaydada cərimə olunmuşdur

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin fevral ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 7 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377, mikrobioloji göstəricilərinə görə 266, toksikoloji göstəricilərinə görə 23 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 2-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 1267 yaxma nümunəsi götürülmüş, 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

Fevral ayı ərzində əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş vermiş, 78 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur.

 

Səhiyyə Nazirliyin Mətbuat xidmətinin məlumatı

18/03/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->