Əsas bölmələr
2007-ci ildən baslayaraq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsündə iştirak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.
20-25 aprel İmmunlaşdırma həftəsi çərçivəsində 2015 ildə Azərbaycanda bir sıra tədbirlər həyata kecirilmişdir:
Qızılca və məxmərək peyvəndini almamış yuxarı yaşlı əhalinin bu xəstəliklərə garşı immunlaşdırılması- QM (qızılca və məxmərək əleyhinə) vaksin rayonlarda, Rayon Mərkəzi Xəstaxanasının poliklinika şöbəsinə, şəhərlərdə isə boyuklər üçün poliklinikalara paylanılıb və peyvənd olunmaq üçün məs bü müəssisələrə müraciət etmək lazımdır.
Poliomielitə qarşı İnaktivləşdirilmiş vaksinin (IPV) tətbiqinə hazırlıq işləri çərçivəsində - Bakı, Gəncə və Şəki şəhərlərində konfransların keçirilməsi, tibbi işçılər üçün təlimatın hazırlanması və təlimlər aparılması.
İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcəkdir.
2015-ci il 20-25 aprel tarixində Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq. Bu il AİH siyasi, peşə və şəxsi səviyyələrdə immunlaşdırma üzrə öhdəliklərin yeniləşməsi və daha da güclənməsinə yönəlmişdir. Regionda bu il AİH çərçivəsində dəyirmi masa müzakirələri, seminarlar, konfranslar və təlimlər nəzərdə tutulub. İmmunlaşdırma programi üzrə maraqlı tərəflər bir araya gələrək bir sıra mövzular, o cümlədən, qızılca və məxmərək xəstəliklərinin ləqvi, poliomielitdən azad ərazi statusunun saxlanılması, yeni vaksinlərin tətbiqi, vaksinlərin təhlükəsizliyi və invaziv bakterial xəstəlikləri uzərində nəzarət haqqında müzakirələr aparacaq.
Ümumdünya Səhiyyə Təşkilatının digər regionlarıda İmmunlaşdırma Həftələri təşəbbüsünü müvəffəqiyətlə keçirirlər. Dünya İmmunlaşdırma Həftəsi (DİH) icmaların immunlaşdırmaya aid məlumatının və təlabatının artmasına və peyvəndin əhaliyə çatdırılması xidmətlərinin yaxşılaşdırmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün qlobal, regional və milli səylərin gucləndirilməsinə siqnal olacaq. Bu ilki kampaniya immunlaşdırmada olan boşluğların bağlanması və peyvəndlə əhatə səviyəsinin hər yerdə yuksək olmasına diqqət yonəldir, bu da Global Vaksin Fəaliyyət Planında əks olunmuş kimi bütün icmalarda insanların peyvənd almaq imkanını tam təmin etmək yolu ilə 2020-ci ilə qədər milyonlarla ölüm hallarının qarşısını alınması deməkdir.
Rezidentlərin nəzərinə!
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir
Ölkə başçısı Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Moskva şəhərindən translyasiya olunan distant kurslar təşkil olunmuşdur
Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Cenevrədə bir sıra rəsmi görüşlər keçirmişdir
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin tabeliyində olan bəzi müəssisələrin işçilərinin əməkhaqlarının art...
Səhiyyə naziri Oqtay Şirəliyevin İtaliyaya işgüzar səfəri başlamışdır
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə