Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 14 May 2015-cü il tarixində saat 13:00-da Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Şəki, Oğuz, Zaqatala, Balakən, Qax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Şəki Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

13/05/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013