Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tədbir keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi nazirliyin digər strukturları kimi, sağlamlığı dair əhalinin maarifrəndirilməsi istiqamətində innovativ addımlar atır.

Belə layihələrdən biri kimi, 11 sentyabr 2015-ci il tarixində saat 14.00-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici İnternet səhifəsində yaradılmış “Reproduktiv Sağlamlıq” və “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portal”ların təqdimatı keçiriləcəkdir. Təqdimat mərasimində həmin portalların yaradıcıları olan İSİM-in əməkdaşları, beynəlxalq təşkilatların, media nümayəndələrin iştirakı nəzərdə tutulur.

 

Tədbir iştirakçıları İSİM tərəfindən BMT-nin Əhali Fondu (UNFPA) ilə əməkdaşlıqda yaradılmış “Reproduktiv Sağlamlıq portalı” və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil edilmiş “Qeyri-infeksion xəstəliklərə dair Məlumat Portalı” barədə ətraflı məlumat əldə edəcək, “Mənim reproduktiv sağlamlığım” və “Sağlamlığını qiymətləndir” virtual alətlərlə tanış olacaqlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

9/09/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->