Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq

17.09.2015-ci il tarixində Respublika Diaqnostika Mərkəzinin həkim briqadası Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında Mingəçevir, Ağdaş, Yevlax və digər qonşu rayon əhalisinin müayinələrini təşkil edləcəklər. Müayinələrdə otorinolarinqoloq (LOR), oftalmoloq, neyrocərrah, pediatr-neonatoloq, radioloq, ginekoloq və terapevt iştirak edəcəklər.

 

RDM-in mütəxəssisləri tərəfindən həyata keçirilən bu regional aksiya artıq ənənəyə çevrilmişdir.

 

Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında RDM-in mütəxəssislərinin iştirakı ilə elmi-praktiki konfrans keçiriləcəkdir. Tədbir çərçivəsində məruzələr oxunacaq, təcrübə mübadiləsi aparılacaqdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

16/09/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->