Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Oğuzda vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

 

Bugün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmişdir. Qəbulda Oğuz vətəndaşları ilə yanaşı Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşlar iştirak etdilər.

 

Ümumilikdə 20 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

 

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18/09/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->