Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Açıq qapı aylığı” davam edir

Sentyabr ayının 15-dən elan olunmuş “Açıq qapı aylığı” çərçivəsində 1 oktyabr “Beynəlxalq ahıllar günü” münasibətilə sabah saat 11.00-da Respublika Veteranlar Şurasında veteranların müayinəsi keçiriləcək. Müayinədə heriatr, kardioloq, LOR, göz həkimi iştirak edəcək.

 

Qeyd olunduğu kimi, oktyabr ayının 15-nə kimi paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçirilir. Aylıq heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçiriləcək. Tədbirlər planına Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstərilməsi və ehtiyac olduğu halda onların dispanser qeydiyyatına götürülməsi nəzərdə tutulmuşdur.

 

Aylıq çərçivəsində Ş.M.Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikasına şəhər poliklinikalarından göndərişlə müraciət etmiş xroniki ürək-damar sistemi, tənəffüs sistemi, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, uşaq xəstəlikləri, lor, stomatoloji və s. xəstəliklərlər əvvəlcə müayinə olunacaq, müayinədən sonra xəstələr müalicə kursu təyin olunacaq. Müayinə kursu əsasən sağlamlaşdırıcı və reabilitasiya metodlarıdır ki, bura müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iynərefleksoterapiya, massaj, psixoterapiya, musiqi terapiyası, müalicəvi qidalanma və.s müalicə üsullarından ibarətdir.

 

Aylıq ərəfəsində paralel olaraq şəhər poliklinikalarında terapevt-herontoloqlar cəlb olunmaqla Milli Elmlər Akademiyasının Fiziolojiya İnstitutunun Uzunömürlülər laboratoriyası ilə birgə herontologiyanın aktual problemlərinə dair seminar keçiriləcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

21/09/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->