Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda ürək xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində işlər davam edir

Səhiyyəmizin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tendensiyası bütün sahələrdə davam edir. Səhiyyə olan dövlət qayğısı öz növbəsində tibbi demoqrafik və səhiyyə göstəricilərinin yaxşılaşması üçün böyük zəmin yaratmışdır.

 

Digər sahələr kimi, ürək xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində bir çox işlər görülür, Səhiyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlətimiz tərəfindən bu sahəyə artırılan vəsait sayəsində, ürək xəstəlikləri müalicəsinin effektivliyini daha da artırmaq məqsədi ilə, dünya tibb tələblərinə cavab verən bir müasir avadanlıqlar, sarğı və dərman preparatları alınır. Hazırda stasionar tibb müəssisələrində müalicə olunan xəstələr üçün dərman, sarğı, müxtəlif müayinə usulları tam olaraq dövlət vəsaiti hesabına həyata kecirilir.

 

Ürək-damar sistemi xəstəliklərinin müalicəsi məqsədi ilə həmçinin ölkədə dövlət müəssisələrinin maddi-texniki təchizatı yenilənir, kadrların, həkim heyətinin peşəkarlığının artırılmasına ciddi diqqət ayrılır. Bu tədbirlər çərçivəsində, Elmi-Cərrahiyə Mərkəzinin Ürək cərrahiyəsi şöbəsi əsaslı təmir olunmuş, ən son avadanlıqlarla təchiz edilmişdir. Əməliyyat və reanimasiya şöbələri yeni dövrün tələblərinə uyğun olaraq təmir olunaraq ən son, müasir tibbi avadanlıqlarla təchiz edilmişir. Mərkəzdə kardioqrafiya, angeoqrafiya və digər müayinələrin keçirilməsi üçün ən müasir avadanlıqlar qoyulmuşdur.

 

Hazırda ürək-damar cərrahiyyəsi ölkəmizdə uğurla icra olunur. Hər il ortalama 450-500 xəstə üzərində dövlət hesabına açıq və qapalı ürək əməliyyatları keçirilir. Əldə olunan nailiyyətlərin davamlı olması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlərin icrası davam etdiriləcək, səhiyyə müəssisələrinin maddi bazasının yenilənməsinə, kadr potensialının inkişafına olan diqqət artırılacaqdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

2/10/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->