Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Cari ilin iyun – sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Qazatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak etmişdir.

 

Tədarük olunan qan və komponenlərindən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

Aksiyalarda iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

5/10/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->