Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Daha 47 adda dərman vasitəsinin qiyməti təsdiqləndi

Tarif (qiymət) şurasının 5 oktyabr tarixində keçirilmiş növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənmişdir. Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 6 oktyabr 2015-ci il tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 1 dekabr 2015-ci il tarixindən qüvvəyə minir.

 

Ümumilikdə, bu günə kimi 2183 dərman vasitəsinin qiymətləri Tarif (qiymət) şurası tərəfindən təsdiqlənmişdir.

 

Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə oktyabr ayının 20-ə kimi sənədlərin (bəyannamələrin) qəbulu elan edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

6/10/2015

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->