Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İnformasiya texnologiyalarının tətbiqi genişləndirilməkdədir

Səhiyyə sisteminin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişləndirilməkdədir. Yeni informasiya sistemləri tətbiq edilir, məlumat bazaları, tibbi registrlər yaradılır. Hazırda pasiyentlərlə yanaşı tibb işçiləri də bu xidmətlərdən lazımi qaydada yararlana bilirlər.

 

Ümumilikdə Səhiyyə Nazirliyində “Elektron Səhiyyə” Portalı vasitəsilə 39 elektron xidmət vətəndaşların istifadəsinə verilmişdir. Ən son tətbiq olunan e-xidmətlər sırasına “ Xəstəliklərin Beynəlxalq Təsnifatı”, “Tibb işçilərinin sertifikasiya imtahanına buraxılışının əldə edilməsi”, “Sertifikasiya şəhadətnaməsinin çapı” elektron xidmətlərini aid etmək olar.

 

“Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidməti “Elektron Səhiyyə” portal vasitəsi ilkin mərhələ kimi Bakı şəhəri üzrə uşaq poliklinikalarında tətbiq olunmuşdur. Xidmətdən istifadə çox sadə üsulla həyata keçirilir. Belə ki, vətəndaş “Elektron Səhiyyə” portalında qeydiyyatdan keçir, portala daxil olur, e-xidmətlər bölməsindən “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma” elektron xidmətini seçir. Nəticədə vətəndaş 18 yaşı tamam olmamış övladı üçün qeydiyyatda olduğu uşaq poliklinikasına onlayn müraciət edərək, evə həkim çağıra və ya həkim qəbuluna yazıla bilər. Eyni zamanda, elektron xidmət səhifəsində xidmətdən istifadə qaydaları da öz əksini tapmışdır.

 

“Elektron Səhiyyə” Portalında fəaliyyət göstərən “Onlayn konsultasiya” xidməti isə vətəndaşlara bütün elektron xidmətlər və ümumilikdə elektron səhiyyə barədə sualları cavabandırmağa imkan verir. Vətəndaşlar bu xidmət vasitəsilə öz sual və müraciətlərini birbaşa Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə ünvanlıya bilirlər. “Onlayn konsultasiya” xidməti vasitəsilə bütün suallar iş günləri 9:00-dan 18:00-a qədər real vaxt rejimində cavablandirilir. Qeyri iş günləri isə növbəti iş günü ərzində müraciət edənin elektron poçtuna cavab göndərilir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

14/07/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->