Əsas bölmələr
15 iyul 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) maarifləndirmə məqsədilə təşkil olunmuş tədbirdə iştirak ediblər. Mərkəzin rəsmisi orqanizmində hormonal pozulmalar və bu sahədə görüləcək profilaktik metodlar haqda məruzə ilə çıxış edib.
Kitabxana işçiləri və digər iştirakçıların qatıldığı bu tədbir "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 7.1-ci bəndinə müvafiq olaraq reproduktiv sağlamlıq barədə maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə təşkil olunmuşdu.
Tədbir iştirakçılarına həyatın bütün mərhələlərində “Qadının reproduktiv sisteminə hormonların təsiri” və “Qalxanabənzər vəzin qadın sağlamlığında rolu" mövzuları ətrafında mühazirələr oxunub.
Qadınların sağlamlığında maarifləndirmə işinin vacib olduğunu söyləyən məruzəcilər yeniyetmə yaşlarda, hamiləlik zamanı və klimaks dövründə qadının endokrin sistemində baş verən pozulmaların səbəbləri və əlamətlərindən danışaraq, vaxtında aparılan profilaktik tədbirlərin yaranmış xəstəliyin müalicəsindən həm maddi, həm də mənəvi cəhətdən daha asan olduğunu vurğulayıblar.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məqamlarla bağlı diskussiyalar aparılıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı müsahibədən 63 nəfər keçib
“Qaynar xətt” xidmətinə 352 müraciət daxil olub
Ölkə başçısı Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Təcili Tibbi Yardım Stansiyasına 11 580-dan artıq çağırış daxil olmuşdur
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə işçiləri təltif olundu
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası işini davam etdirmişdir
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iki şöbənin əsaslı təmirdən sonra açılışı olub
M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında böyrək transplantasiyasına başlanıb
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə