Əsas bölmələr
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında “Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsi”ndə yaradılmış işçi qrup tərəfindən, cəlb edilmiş ekspetlərin və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə ötən müddət ərzində 159 özəl tibb müəssisəsinin fəaliyyət ünvanında yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmişdir. Qiymətləndirmənin nəticələrinə əsasən 124 müəssisə (78,0%) barədə müsbət, 35 müəssisə (22,0%) barədə isə mənfi rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edilmişdir.
2016-cı ilin 1-ci yarımilliyi ərzində 25 şəxs tərəfindən özəl tibb fəaliyyəti subyektləri barəsində daxil olan müraciətlər və şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə ərizəçilərə məlumat verilmişdir.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir rayon Polis Şöbəsinin (1 protokol) əməkdaşları tərəfindən lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olma faktları barədə 6 protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs barəsində inzibati tənbeh növü kimi Səhiyyə Nazirliyi tərəfindən inzibati cərimə haqqında qərarlar çıxarılmışdır.
Tibb müəssisələrinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində şöbə tərəfindən hazırlanmış yeni normativ hüquqi aktların layihəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi hazırlanmış və baxılıb təsdiq edilməsi üçün Səhiyyə və Ədliyyə nazirliklərinə göndərilmişdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Səhiyyə Nazirliyi növbəti elektron xidmətini təqdim edib
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
“Laparoskopik treninq“ mövzusunda tematik təkmilləşmə kursları keçiriləcək
Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların diqqətinə!
Sumqayıtda “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinələri davam etdirilir
Humanitar aksiya çərçivəsində Naxçıvanda növbəti açıq ürək əməliyyatları keçiriləcək
Bakıda XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı
Səhiyyə Naziri Oqtay Şirəliyev Fransa nümayəndə heyətini qəbul etmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə