Əsas bölmələr
İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
2016-cı ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 283 təşkil etmişdir. Onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 276 yerli sakinlərdən 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmişdir.
2016-cı ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 56 nəfər (20,3%) parenteral, 160 nəfər (58,0%) heteroseksual, 5 nəfər (1,8%) homoseksual kontakt nəticəsində, 4 nəfər (1,7%) şaquli yolla, 51 nəfərin (18,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4955 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfər.
İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,3 -də yoluxma yolu müəyyən edilməmişdir.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3240 İİV-lə yaşayan insan cəlb olunmuşdur.
01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin I yarım ili ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS bağlı maarifləndirmə işləri gücləndirmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirmişlər. Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Bakıda XII Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresi keçirilir
Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmanın ümumi qaydalarına həsr olunmuş geniş toplantı keçirilmişdir
ÜST-nın Avropa Regional Komitəsinin 61-ci sessiyasının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ...
39 nəfərə Səhiyyə Nazirliyinin “Təşəkkür”ü elan edilmişdir
Anesteziologiya - reanimotologiya və ümumi cərrahiyyə ixtisasları üzrə imtahanın nəticələri acıqlanıb
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə