Əsas bölmələr
04.08.2016-cı il tarixində Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında müəssisənin fəaliyyətinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, səhiyyə sistemində həyata keçirilən köklü islahatlar tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatına, həkim və orta tibb personalının ixtisas səviyyəsinin yüksəlməsinə və nəticədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır.
Görkəmi yenilənən səhiyyə müəssisələrindən biri də Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasıdır. Səhiyyə müəssisəsi Bakı şəhəri müstəsna olmaqla respublikanın rayon və şəhərlərinin səhiyyə müəssələri üçün praktiki və metotiki mərkəzdir.
Xəstəxananın bütün şöbələri 2015-2016-cı illərdə təmir edilərək xəstələrin istifadəsinə verilmişdir, o cümlədən, Konsultativ polikinika, Şüa diaqnostika şöbəsi, Kliniki laboratoriya, Biokimyəvi laboratoriya, Fizioterapiya və tibbi bərpa şöbəsi, Endoskopiya kabineti, Hemadializ şöbəsi, Cərrahiyyə əməliyyat bloku və s.
1960-cı ildən fəaliyyət göstərən 660 çarpayılıq xəstəxana çox profilli olub 23 stasionar şöbədən, 1 poliklinikadan, diaqnostik və yardımçı şöbələrdən ibarətdir.
Xəstəxanada əhaliyə 326 həkim xidmət edir. Səhiyyə müəssisəsində 3 nəfər tibb elmləri doktoru, 4 - fəlsəfə doktoru, 7 - tibb elmləri namizədi, 1 fəlsəfə elmləri namizədi çalışır. Həkimlər və orta tibb personalı mütəmadi olaraq sertifikasiyadan və təkmilləşdirmə kurslarından keçirlər. Bu günə 321 həkim sertifikasiyadan keçmiş, 72 nəfər isə təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Eyni zamanda xəstəxanada 556 orta tibb işçisi fəaliyyət göstərir. Onlardan 504 nəfər sertifikasiyadan keçmiş, 118 nəfər təkmilləşdirmə kurslarında iştirak etmişdir.
Hazırda müəssisədə 11 kafedra fəaliyyət göstərir. Kafedralarda 18 tibb elmləri doktoru və 42 tibb elmləri namizədi çalışır.
Xəstəxanada xəstələr zəruri ambulator və stasionar müalicə keçirlər. 2015-ci ildə Respublika Klinik Xəstəxanasına 14912 xəstə, 2016-cı ilin bitmiş dövrü ərzində isə 13140 xəstə daxil olmuşdur.
Səhiyyə müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilmişdir. Xəstəxana ultrasəs müayinə aparatları, kompüter tomoqrafiya, maqnit rezonans, müasir rentgen aparatları, yeni doğulmuşlar üçün CPAP aparatları, süni böyrək aparatları və s. müasir avadanlıqlarla təchiz edilmişdir.
Xəstəxanada xəstələr bir sıra dövlət proqramları, o cümlədən dağınıq skleroz, hemofiliya üzrə dövlət proqramları, çərçivəsində müayinə edilir, müalicə alır və zəruri dərman vasitələri ilə təchiz edilirlər. Respublika Klinik Xəstəxanasında 1690 hemofiliyalı xəstə və 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir və dərmanlarla təhciz olunur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cəzalandırıldı
“Qaynar xətt” xidmətinə 352 müraciət daxil olub
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur
Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların sənədlərinin qəbulu davam edir
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının açılışı olmuşdur
Qaradağ rayonu ərazisində baş vermiş hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət almışdır
“Aşura günü” könüllü qanvermə aksiyaları keçiriləcək
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Əli ayağı” məscidində könüllü...
Xızı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə