Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə xidməti regionlarda yüksək səviyyədə təşkil olunub

Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssislərinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə 29-30.07.2016-cı il tarixlərində Xızı, Quba və Qusar rayonlarına növbəti press-tur təşkil edib.

 

Tanınmış KİV nümayəndələri Xızı Rayon Mərkəzi Xəstəxanası, Quba Diaqnostika Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar.

Media tur çərçivəsində Xızı Mərkəzi Rayon Xəstəxanasında olan KİV nümayəndələrinə bildirib ki, xəstəxanada cərrahiyyə, terapiya, doğuş, pediatriya, anesteziologiya, reanimatologiya şöbəsi və s. fəaliyyətdədir.

 

Müasir avadanlıqlarla təchiz edilmiş xəstəxana gün ərzində təxminən 165 nəfərə xidmət göstərir. Burada qeydiyyatda olan 196 nəfər şəkər xəstəsi zəruri dərman preparatları və şəkər ölçü cihazı (qlükometr) ilə təmin olunub. Bundan başqa, xəstəxanada qeydiyyatda olan vərəm, böyrək çatışmazlığı xəstələri də dərman preparatları ilə tamamilə ödənişsiz təmin edilirlər.

 

Tur çərçivəsində media nümayəndələri Quba Dianqostika Mərkəzinə da baş çəkiblər. Bildirilib ki, burada bu il ərzində rayonun 175 min əhalisindən 140 min nəfəri icbari tibbi müayindən keçib. Burada 60 nəfərə xidmət üçün nəzərdə tutulmuş Şimal zonası üzrə ən böyük hemodializ şöbəsi fəaliyyət göstərir.

Media tur çərçivəsində səfər edilən üçüncü müəssisə Qusar Rayon Mərkəzi Xəstəxanası olub. Burada cərrahiyyə, infeksion, vərəm, reanimasiya, terapiya, doğum şöbələri mövcuddur. Müəssisəyə digər bölgələrdən müraciət edən əhalinin də stasionar müalicəsi təşkil edilib. Mərkəzi xəstəxanada 2014-cü ildə yanvarın 17-də əsası qoyulan onkoloji şöbə 10 çarpayılıdır və əhalinin kimyaterapiya alması üçün nəzərdə tutulub.

 

Media turun yekununda qeyd edildi ki, hazırda regionlarda səhiyyə müəssisələri yenilənir, yeni avadanlıqlarla təchiz edilir, zəruri ixtisaslı kadr resursları ilə təmin edilir. Bu səbəbdən regionlarda yaşayan vətəndaşların müayinə və müalicə məqsədi ilə uzaq məsafəni qət edib Bakıya gəlmələrinə artıq ehtiyac yoxdur. Regionlarda səhiyyə müəssisələrində xidmət yüksək səviyyədə təşkil edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

1/08/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->