Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan nümayəndə heyəti ÜST Avropa Regional Komitəsinin 66-cı sessiyasında iştirak edib

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev rəhbərliyi ilə nümayəndə heyəti 12-15 sentyabr 2016-cı il tarixlərdə Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 66-cı sessiyasında iştirak edib.

 

Sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası keçirilib. Tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 66-cı sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə edilib.

 

12 sentyabr 2016-cı il tarixdə ÜST Avropa Regional Komitəsinin 66-cı sessiyası öz işinə başlayıb.

 

Tədbirin açılışında “BMT Şəhəri”nin himayədarı, Danimarka Kralıığının Şahzadəsi Ülyahəzrət Meri xüsusi qonaqlar kimi iştirak ediblər.

 

Sessiyanın gündəliyinə İdarə heyətinin seçilməsi, Avropa Regional Direktoru Dr.JujannaYakabın məruzəsi, Daimi Komitənin sessiyaya hesabatı, ÜST baş Direktoru Dr. Marqaret Çanın sessiyaya müraciəti, Regional Komitənin Büdcə, Proqram və İnzibati Komissiyasının hesabatı, ÜST islahatlarının keçirilməsi, səhiyyədə texniki məsələlər, qeyri infeksion xəstəliklərə qarşı mübarizə, səhiyyə-2020 strategiyas, qlobal səhiyyə sistemlərinin strateji idarəsi, reproduktiv sağlamlıq, virus hepatitləri; QİÇS və vərəmlə mübarizə, ÜST baş direktoru seçkilərinə hazırlıq, beynəlxalq səhiyyə qaydaları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil idi.

 

Ənənəvi olaraq ÜST Avropa Regional Komitəsinin 66-cı sessiyasının İdarə heyətinin təyinatından sonra Regional Direktor Dr.Jujanna Yakab sessiyada hesabat nitqi ilə çıxış edib.

 

Regional Direktor öz çıxışında Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən, habelə sessiyanın gündəliyində müzakirə ediləcək məsələlərdə ÜST rəhbərliyinin mövqe və tövsiyələrinə dair fəaliyyətlər haqqında məlumat verib.

 

Çıxışda Daimi Komitənin Proqram, Büdcə və İnzibati Komissiyasının hesabatının layihəsi, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları və Səhiyyə 2020 strategiyası da geniş yer almışdır.

 

Tədbirin üçüncü günü ÜST Baş Direktoru Dr. Marqaret Çan hesabat nitqi ilə çıxış etdi.

Baş Direktor Avropa Regional sessiyasında sonuncu dəfə çıxış etdiyini bildirdi və nitqində ÜST islahatların davam etdirilməsində üzv-ölkələrin ekspertlərinin daha yaxından iştirak etməsini bildirib.

 

Əsas donor ölkələrinin Avropa Regionunda olduğunu bildirən Baş Direktor problemin həllində bu region ölkələrinin müstəsna rolunu qeyd edib.

Üzv ölkələr Dr. Çanın çıxışına dair şərhlərində təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu bildiriblər.

Qəbul olunmuş qaydalara əsasən gündəlikdə olan məsələlərin müzakirəsində əvvəl Katibliyin üzvləri, sonra isə qeyri hökumət və Beynəlxalq təşkilatların nümayəndələri öz rəylərini veriblər.

 

Tədbir çərçivəsində ÜST Baş Direktoru, Avropa Bürosu Regional Direktoru, habelə komitəyə üzv ölkələrdən Polşa, Türkiyə, Belarus, Rusiya Federasiyası və Özbəkistanın səhiyyə rəsmiləri ilə, BMT Baş Katibinin QİÇS-lə mübarizə üzrə köməkçisi Mişel Kazaçkine ilə, eləcə də ÜST Baş Direktoru seçkiləri ərəfəsində Efiopiya, Pakistan və Fransalı namizədlərlə işçi görüşlər keçirilib.

 

Sessiyada Azərbaycan tərəfinin çıxış və müdaxilələri olmuşdur. Beləki, Azərbaycan tərəfi ÜST Avropa Regional Komitəsinin 66-cısessiyasının gündəliyində olan Sağlamlıq 2020, Virus Hepatitlərinə qarşı mübarizə, reproduktiv sağlamlıq və QİÇS-lə mübarizə məsələlərinə dair çıxışlar etmişdir.

Reproduktiv sağlamlıq üzrə 2030-cu ilədək fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd edildi, habelə məsələyə dair Dövlət proqramının həyata keçirilməsi vurğulanmışdır.

 

QİÇS-lə mübarizədə hüquq və qanun bazasına dair “İmmundefisiti üzrə Azərbaycan Respublikasının Qanunu”nun hələ 2010-cu ildən qəbul edilməsi, habelə QİÇS xəstələrinə Dövlət Proqramı çərçivəsində 22 adda dərman preparatlarının verilməsi üzv ölkələrinə bildirilmşdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 66-cı sessiyası 15 sentyabr 2016-cı il tarixdə öz işini başa vurub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19/09/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..