Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya konqresi keçiriləçəkdir

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 28-29 Oktyabr 2016-cı il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının birgə əməkdaşlığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə "EstePerio 2016" 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçiriləcəkdir.

 

Konqresin məqsədi Azərbaycan Respublikasında parodontologiya və estetik stomatologiya sahəsinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq onların bilik və təcrübələrini təkmilləşdirmək, həmçinin son illər ərzində ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən əsas tədqiqat fəaliyyətləri haqqında məlumatlandırmaq və gələcək elmi-tədqiqat işlərinə istiqamət verilməsindən ibarətdir.

Bu beynəlxalq tədbirə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və digər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider kimi tanınmış xarici mütəxəssislər dəvət olunublar. Bu mütəxəssislər ilə yanaşı ölkəmizdə və xaricdə təhsil almış Azərbaycan alimləri və stomatoloqları da iştirak edəcəklər.Konqresdə həkimlərimizin bu sahədəki praktik biliklərinin təkmilləşdirilməsi məqsədi ilə elmi proqramla yanaşı master-klasslar da keçiriləcəkdir.

 

İştirak etmək istəyənlər təşkilat komitəsinə müraciət edə bilərlər.

 

Konqresin rəsmi saytı: www.esteperio2016.com

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

21/09/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->