Əsas bölmələr
Əmr 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü və 14.5-ci bəndlərini rəhbər tutaraq imzalanmışdır.
Əmrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədi ilə məktəb və məktəbəqədər uşaq müəssisələrində, ali və orta təhsil müəssisələrində tibbi müşahidələrin təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təminatı tapşırılır. Daha sonra lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadənin təmin olunması, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqətin yetirilməsi, ağır kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi və şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması da Əmrdə öz əksini tapıb.
Həmçinin respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə nəzarətin gücləndirilməsi, məktəbəqədər uşaq müəssisələrində, məktəblərdə tibbi müşahidə və qrip xəstəliyinə şübhəli uşaqlar aşkar olunduqda dərhal sağlam uşaqlardan təcrid edilməsi tapşırılır.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyinə ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməsi təminatına dair göstərişlər verilib.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi
Təcili Tibbi Yardım Stansiyasına 11 580-dan artıq çağırış daxil olmuşdur
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların sənədlərinin qəbulu davam edir
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Ümumdünya QİÇS günü ilə əlaqədar mətbuat konfransı keçiriləcək
Revmatologiya ixtisası üzrə keçirilmiş imtahanın nəticələri bəlli oldu
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə