Əsas bölmələr
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə «Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar Bakı şəhərinin 9 regionların isə 6 məsciddə keçirilib. Əvvəlki illərdən fərgli olaraq bu il əlavə Quba və Şirvan Qan bankı bölmələribə könüllü aksiyalar təşkil olunub.
"Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "Cümə", "Qaraçuxur", " Hacı Soltan-Əli" Keşlə qəsəbə məscidləri, Hacı Əjdər məscidi, Nardaran məscidi, Sumqayıt şəhər Cümə məscidi, Mingəçevir şəhər Heydər məscidi, Şəki şəhər məscidi, Gəncə şəhər İmamzadə məscidi, Bərdə şəhər Cümə məscidi, Lənkəran şəhər Böyükbazar məscidi, MQB-nın Şirvan bölməsi, MQB-nın Quba bölməsi. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qanvermə aksiyaları keçirilmişdir.
Saat 9:00-dan 18.00-a kimi aksiyalarda 4141 nəfər könüllü olaraq qan vermişdir ki, nəticədə 1863,3 litr qan tədarük olunmuşdur. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!
Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
14 noyabr Ümumdünya Diabet günüdür
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
“BİHE-2013” XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin rəsmi açılışı olmuşdur
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların sənədlərinin qəbulu davam edir
Səhiyyə Nazirliyi növbəti elektron xidmətini təqdim edib
Gənc mütəxəssislər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Rusiyanın tanınmış professor və dosent heyəti azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir
Yevlax Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
“Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda Pilot təlim kursu keçirilmişdi
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə