Əsas bölmələr
13.10.2016-cı il tarixində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində tədbir keçirilmişdir.
Tədbirdə qeyd edilib ki, səhiyyə sahəsində həyata keçirilən köklü islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, kadrların ixtisas səviyyəsinin daha da artırılmasıdır. Digər səhiyyə ocaqlarında olduğu kimi paytaxtın aparıcı səhiyyə müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəzdə zəruri tədbirlər həyata keçirilir.
760 çarpayılıq stasionar tipli xəstəxana olan Kliniki Tibbi Mərkəzdə 2000-ə yaxın həkim, orta və kiçik tibbi personal çalışır. Müəssisədə 17 profil üzrə 27 stasionar və bir neçə yardımçı şöbələr fəaliyyət göstərir.
Cari ilin yanvar-sentyabr ayları ərzində KTM-də ümumilikdə 18 686 xəstə stasionar müalicə alıb, o cümlədən, 3207 xəstə mama-ginekoloji şöbədə (1813 – doğum, 122 - patologiya, 1272 xəstə isə ginekologiya şöbəsinə) daxil olub. Qeyd edilən müddət ərzində KTM-də 1685 doğuş baş vermişdir.
Cərrahi şöbələr üzrə cəmi 5650 xəstə daxil olmuşdur, onlardan 2062 xəstə böyüklər, 1130 xəstə isə uşaq cərrahiyyəsi şöbəsinə qəbul edilmişdir. Hesabat dövrü ərzində 3580 xəstə cərrahi müdaxiləyə məruz qalıb, onlardan 1719 əməliyyat böyüklərdə, 918 əməliyyat uşaqlar üzərində aparılıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində 9829 xəstə terapevtik şöbələrdə stasionar müalicədə olmuşlar. O cümlədən, 3710 xəstə müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət etmişdir. Eyni zamanda, cari ilin doqquz ayı ərzində Hemodializ şöbəsinə 196 xəstə daxil olub.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
59 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib
Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib
Ölkə başçısı Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi
5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olmuşdur
“2-ci Bakı Ürək Günləri” Beynəlxalq konqresi öz işinə başlamışdır
Mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə imtahanların nəticələri açıqlanıb
Tibb müəssisələrində Nümunəvi Tibbi-İnformasiya Sisteminin tətbiqi davam etdirilir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə