Əsas bölmələr
İSİM-in poliklinikasının nəzdində fəaliyyətə başlayacaq Tütündən imtina kabinetin təşkili və tütünçəkmənin dayandırılması üzrə tibbi məsləhət xidmətinin göstərilməsi istiqamətində tədbir keçirilib.
25 oktyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) şəhər poliklinikalarından olan sahə həkimləri, terapevtlər, kardioloqlar, İSİM-in Ambulator şöbəsinin həkimləri mövzu ilə əlaqədar tədbirə qatılıblar.
İSİM-in mütəxəssisləri iştirakçılara tütünçəkmə nəticəsində insan orqanizminə vurduğu zərərdən, tütün tüstüsünün təsiri altında yaranan xəstəliklərdən, asılılıq sindromundan, müalicə və siqareti tərgitməyə dair motivasıya üsullarından təqdimatlar ediblər.
Təlim zamanı tütündən imtina üzrə beynəlxalq təcrübəyə əyani tanışlıq üçün texniki vasitələrdən istifadə olunub. Rusiya Federasiyasının Sankt-Peterburq Ftiziopulmonoloqiya ETİ-nin nəzdində fəaliyyət göstərən Tütündən imtina üzrə Konsultativ telefon yardımı mərkəzinin rəhbəri Olqa Suxovskaya ilə telekörpü yaradılıb.
Yarım saat ərsində öz mərkəzləri haqda ətraflı məlumat verən O.Suxovskaya eyni zamanda tütündən imtinada telefon vasitəsiylə verilən tibbi konsultasiyaların rolundan, Rusiyanın siqaret çəkən əhalisinin sayının azaldılması məqsədiylə qaynar xəttə müraciət edənlərə tütünün insanın sağlamlığına olan təsiri haqda məlumatların verilməsindən, tütündən imtina üzrə effektiv metodlardan, motivasiyanın gücləndirilməsinin vacibliyindən danışıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Şirvan və Gədəbəy MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib
Qida zəhərlənməsi ilə 78 nəfər xəstəxanalara yerləşdirilib
Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir
Qobustan və Zaqatala MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Xüsusi razılıq olmadan özəl tibb fəaliyyətlə məşğul olmağa görə cərimə sanksiyaları tətbiq edilmişdir
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Hemofiliya xəstələrinə yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir
Sertifikasiya imtahanları davam edir
Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə