Əsas bölmələr
18-20 oktyabr 2016-cı il tarixlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində Şərqi Avropa və Mərkəzi Asiya regionunda böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması üzrə İdarələrarası işçi qrupun 5-ci forumu keçirilib.
Forum Beynəlxalq Ailə planlaşdırması Federasiyasının Avropa ofisinin, BMT-nin Əhali Fondunun (UNFPA), Şərqi Avropa və Mərkəzi Asiya Regional Fondunun təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi 2016-cı ildə Şərqi Avropa və Mərkəzi Asiya regionunda fövqəladə hallarda cinsi və reproduktiv sağlamlığın və zərərçəkənlərin hüquqlarının qorunması ilə bağlı ölkələrdə olan irəliləyişlərin qiymətləndirilməsi olub.
Bu məsələnin müzakirəsi üçün Kiyevə texnogen və təbii fəlakətlər zamanı zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunmasında üzv-ölkələr səviyyəsində fəaliyyət göstərən qurum nümayəndələri, BMT-nin aidiyyatı qurumları, beynəlxalq QHT-lər, bu sahədə layihələri maliyyələşdirən donor-təşkilatlarının nümayəndələri toplaşmışdılar.
Ölkəmizdə böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması ilə bağlı olan vəziyyət haqda, görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə forum iştirakçılarını Azərbaycan nümayəndə heyəti - Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Lahiyələrin Əlaqələndirilməsi şöbəsinin rəhbəri və Tibbi Keyfiyyət Standartları şöbəsinin həkim-metodisti məlumatlandırıblar.
İki gün davam edən tədbirdə iştirakçılar arasında müzakirələr zamanı böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması istiqamətində ölkələrin hazırlıq səviyyələri və ən qabaqcıl təcrübələri öyrənilib.
2016-cı ildə mövzu ilə bağlı üzv-dövlətlərdən alınan materiallar əsasında idarə komitəsinin rolu və strukturu təyinat edilib. Daha sonra yeni idarə komitəsinin tərtib edilməsi haqda müzakirələr də aparılıb. Tədbir zamanı ölkələr arasında geniş miqyaslı əməkdaşlığın yaradılmasının vacibliyi, birgə əməkdaşlığın zəruriliyi forum iştirakçılarına xüsusi olaraq çatdırılıb.
Forumun sonunda təşkilatçılar və iştirakçılar böhran hallarında cinsi və reproduktiv sağlamlığın qorunub saxlanılması istiqamətində ölkə qruplarının potensialını artırmaq, regional və milli səviyyədə fəaliyyəti təkmilləşdirmək qərarına gəliblər və 2017-ci il üçün yeni iş planı hazırlamaq barədə razılıq əldə ediblər.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Oğuz MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cəzalandırıldı
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların diqqətinə!
Kiyev Ürək Mərkəzinin aparıcı mütəxəssisləri Azərbaycana gələcəklər
Bakı şəhərində “Sağlam həyat uğrunda” devizi altında əhalinin profilaktik müayinəsi aparılır
Ölkə başçısı İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin tikilişinə əlavə vəsait ayırdı
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Nazir müavini Elsevər Ağayev Bosniya və Herseqovina dövlət nümayəndələri ilə görüş keçirib
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə