Əsas bölmələr
21-22.10.2016-cı il tarixində də Bakıda ikinci Türkiyə-Azərbaycan onkologiya günləri keçirilib.
Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və Türkiyə Tibbi Onkologiya Dərnəyinin təşəbbüsü ilə keçirilən konqresdə onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi, vaxtında aşkarlanması eləcə də müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilib.
Açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktori müavini, professor Ə.Əliyev ölkəmizdə ikinci dəfə keçirilən konqresin Türkiyə və Azərbaycan onkoloqlarının müxtəlif mövzular üzrə maraqlı fikir mübadiləsi aparacaqlarından, onkologiya sahəsində tibbi yeniliklərin mənimsənilməsindən əminliklə danışıb. Bildirilib ki, Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin müalicəsi üçün bütün şərait yaradılıb. Beləki, ölkə başçısının diqqət və qayğısının nəticəsi olaraq 1000 çarpayılıq Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Klinikası açılıb. Hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika o cümlədən, mobil diaqnostik komplekslə təchiz edilib.
Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmır.
Vurğulanıb ki, Azərbaycanda bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardın almaları üçün tam hüquqi zəmin yaradılıb.
Türkiyə Tibbi Onkologiya Dərnəyinin rəhbəri A. Özet konqresin Azərbaycan və Türkiyə onkoloqları arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, eləcə də onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsini reallaşdırmaq üçün imkan yaradılması məqsədilə keçirildiyini deyib.
İki gün davam edən konqresdə onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da sessiyalarda müzakirə edilib.
Konqresdə “Xəstə müzakirələri”, “Mədə xərçəngi”, “Limfoma”, “Ağciyər xərçəngi”, “Süd vəzi xərçəngi”, “Kolerektal xərçəng” mövzularında sessiyalar keçirilərək müzakirələr aparılıb.
Səhiyyə Nazilriyi Mətbuat Xidmətinin məlumatı
Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
“BİHE-2013” XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin rəsmi açılışı olmuşdur
Bərdə və Tərtər MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
Gənc mütəxəssislər Türkiyənin aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilib
Xarici ölkələrdə ali və orta ixtisas təhsil almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilə...
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Əlillərin tibbi reabilitasiyası və əlliliyin müəyyən edilməsi məsələsinə həsr olunmuş iclas keçirilmişdir
Səhiyyə nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə