Əsas bölmələr
Dövlətimiz tərəfindən göstərilən qayğı nəticəsində parodontologiya və estetik stomatologiya son illərdə sürətlə inkişaf edir. Bu sahənin daha çox inkişafı, stomatoloqların bilik və təcrübələrini artırılması, təkmilləşdirilməsi eləcə də ölkəmizdə və dünyada bu sahədə həyata keçirilən tədqiqatların nəticələri haqqında məlumatlandırılması məqsədi ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 28-29 oktyabr 2016-cı il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə əməkdaşlığı ilə EstePerio2016 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresinin 28 oktyabr 2016-cı ildə saat 9:30-da açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən konqresi giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor Nazim Qasımov acıb. Rektor öz çıxışında Azərbaycanda əhalinin sağlamlığının qorunmasında stomatologiya elminin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Ölkə başçımızın diqqət və qayğısı nəticəsində Respublikada son texnologiyalara əsaslanan və müasir standartlara uyğun stomatoloji yardımın təşkil olunması danılmaz faktdır. Bu yardımı göstərən ölkəmizdə və xaricdə təhsil almış mütəxəssislərə bilik və bacarıqlarını təkmilləşdirmək üçün hər cür şərait yaradılmışdır. Konqresdə parodontologiyanın və estetik stomatologiyanın müasir vəziyyətinə və perspektivlərinə, həmçinin tətbiq edilən ən son metodlara həsr olunmuş məruzələrin dinləniləcəyi və təcrübə mübadiləsi aparılacağı bildirilib.
Konqresin həmsədrləri Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor O. Seyidbəyov və Azərbaycan Estetik Stomatologiya Assosiasiyasının prezidenti, ATU-nun dosenti R.Əhmədbəyli ağız boşluğu və diş xəstəliklərinin diaqnostikası və uğurlu müalicəsindən, stomatologiya elmində estetikanın əhəmiyyətindən və aktuallığından , bu sahədə qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanda da uğurla tədbiq olunmasına dair məruzə ilə çıxış ediblər.
Konqresə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və diğər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə tanınmış xarici mütəxəssislər dəvət olunublar. Bu mütəxəssislər ilə yanaşı ölkəmizdə və xaricdə təhsil almış çoxsaylı Azərbaycan alimləri və stomatoloqları da konqresdə iştirak edirlər. Həkimlərimizin praktik bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə elmi proqram ilə yanaşı həmin mütəxəssislərin Konqresdə master-klassları da nəzərdə tutulub.
Sabah da davam edəcək Konqres sessiyalarla davam edəcək. Sessiyalarda aparıcı mütəxəssislərin parodontologiya, implantologiya, endodontiya, üz-çənə cərrahiyyəsi və estetik stomatologiyaya dair məruzələri dinlənilib müzakirələr aparılır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Prezident İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların diqqətinə!
Təcili Tibbi Yardım Stansiyasına daxil olmuş çağırışlara dair məlumat
Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Həkimlər üçün növbəti vakant yerlər elan olunur
Diabet məktəbində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər keçirilir
Sumqayıtda regional seminar keçirildi
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olmuşdur
“Ana və uşaq sağlamlığı: Nailiyyətlər və həllini gözləyən məsələlər” mövzusunda “dəyirmi masa” keçirilmişdir
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi öz işinə başlamışdır
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə