Əsas bölmələr
02.11.2016-cı il tarixində Səhiyyə Nazirliyinin prof. Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə media nümayəndələrinə bildirdi ki, xəstəxana 1960-cı ildən etibarən fəaliyyət göstərir. 2009-2010-cu illərdə burada əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
200 çarpayılıq xəstəxana Somatik və Yoluxucu korpuslardan ibarətdir. Burada müayinə və müalicə işi yüksək səviyyədə, dünya standartlarına uyğun təşkil olunmuşdur.
Qeyd edildi ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində xəstəxanaya 7998 xəstə qəbul olmuşdur. Onlardan 31% respublikanın müxtəlif rayonlarındadır. Müraciət edən xəstələrə yüksək səviyyədə müayinə və müalicə xidmətləri təqdim edilir.
Burada fəaliyyət göstərən Somatik korpusa somatik profilli 18 yaşa kimi olan xəstələr üçün nəzərdə tutulmuş Pediatriya şöbəsi, LOR şöbəsi, I reanimasiya və intensiv terapiya şöbəsi, somatik qəbul şöbəsi və gündüz şöbələri daxildir. Eyni zamanda, xəstəxanada klinik, seroloji və biokimyəvi laboratoriya, Rentgen, EKQ, USM, EEQ kabinətləri fəaliyyət göstərir.
Dəyirmi masa çərçivəsində bildirildi ki, xəstəxanada Qanın ümumi analizi, biokomyəvi, seroloji müayinə, qanda şəkər, onurğa beyin mayesinin sitoloji müayinələri və s. müayinələr ən müasir laboratoriya avadanlığı və reaktivlərlə aparılır.
İnfeksion xəstəliklər korpusuna 9 boksdan ibarət 20 çarpayılıq neyroinfeksiya və qarışıq infeksiyalar üçün nəzərdə tutulmuş I yoluxucu xəstəliklər şöbəsi, mədə-bağırsaq profilli xəstələr üçün nəzərdə tutulmuş 40 çarpayılıq II yoluxucu xəstəliklər şöbəsi, hepatitli xəstələr üçün nəzərdə tutulmuş 20 çarpayılıq III yoluxucu xəstəliklər şöbəsi daxildir.
Bundan başqa Yenidoğulmuşların patologiyası şöbəsi, II reanimasiya intensiv terapiya şöbəsi, mədə-bağırsaq və hepatitli xəstələr üçün qəbul şöbəsi, bakterioloji laboratoriya və avtoklav otaqları mövcuddur.
Eyni zamanda, Elektrokardioqramma, Elektroensifaloqramma, Eşitməsi zəif olan uşaqların audiometriyası, LOR orqanlarının endoskopik müayinəsi, Ezofoskopiya, bronxoskopiya müayinələri də xəstəxanada yüksək şəraitdə aparılır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Şəmkir MRX-da keçirilən qanvermə aksiyalarında 1008 nəfər könüllü olaraq qan vermişdir
Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
Laproskopiya üzrə treninqlərə başlanılmışdır
Gənc mütəxəssislər Türkiyənin aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilib
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab Azərbaycana səfər edəc...
Qastroenterologiya üzrə elmi-praktiki kurslar keçirilir
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə naziri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı qəbul etmişdir
Yevlax Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə