Əsas bölmələr
04.11.2016-ci il tarixində Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirilmişdir.
Tədbir zamanı KİV nümayəndələrinə bildirildi ki, səhiyyə nazirinin 01.12.2005-ci il tarixli “Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə“ 140 saylı əmrinə əsasən Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilərək onların funksiyaları Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına verilmişdir.
Qeyd olundu ki, səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən 24.07.2006-ci il tarixli əmri ilə SNTTTYS-nın regional məntəqələrinin yaradılması baş vermiş yol-nəqliyyat hadisələri və digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaradır.
Vurğulandı ki, hazırda Respublika üzrə 12 regional məntəqə vardır. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi-texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilmişdir. Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanliqlar, sarğı materialları və dərman preparatları ilə habelə müasir reanimobillərlə təmin olunmuşdur. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır.
Bildirildi ki, 2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilmışdir. Bundan əlavə 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilmişdir.
Təkcə 2016-cı ilin birinci yarısında daxil olmuş çağırışların sayı ümumilikdə 659 olmuşdur. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35, hospitalizə edilənlərin sayı 12, yerində tibbi yardım alanların sayı 37 olmuşdur.
Tədbirdə qeyd edilmişdir ki, regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil edilmişdir. Lakin zəruri hallarda regionlarda təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxt Bakıya çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil olunur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı
Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
Azərbaycanda səhiyyə sahəsinə dair yeni elektron xidmətlər istifadəyə verilib
Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur
Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Səhiyyə Nazirliyinin “Tibbi müayinə kartı sistemi” “Ən yaxşı elektron xidmət” nominasiyasında 2-ci yer lilə t...
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Səhiyyə Nazirliyinin “qaynar xətt” xidmətinə daxil olmuş müraciətlər əsasında araşdırmalar aparılmış və onları...
Lökbatan qəsəbəsindəki 4 mərtəbəli Doğum Evinin açılışı olmuşdur
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə