Əsas bölmələr
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin oktyabr ayının sonuna qədər müayinədən 207731 nəfər keçmişdir.
1 iyun 2015-ci il – 30 oktyabr 2016-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunmuşdur. Cari ilin oktyabr ayı ərzində müayinədən keçmiş şəxslərdən 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkar olunmuşdur.
Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılmışdır.
Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların sənədlərinin qəbulu davam edir
Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir
“Laparoskopik treninq“ mövzusunda tematik təkmilləşmə kursları keçiriləcək
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir
Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
Avropa ölkələrinin səhiyyə nazirləri ÜST-ün siyasət və planlarını dəstəkləyirlər
Mamalıq-ginekologiya və stomatologiya ixtisasları üzrə imtahanların nəticələri açıqlanıb
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Belarus Respublikası Səhiyyə Nazirliyi arasında əməkdaşlığa dair...
Ümumdünya QİÇS günü ilə əlaqədar mətbuat konfransı keçiriləcək
Bayram Tətilində ərazi poliklinikaları fasiləsiz olaraq fəaliyyət göstəriblər
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə