Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı keçiriləcək

 12-13 noyabr 2016-cı il tarixdə “Hyatt Regency Baku” otelinin Quba zalında saat 09:00-da Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək.

 

Elmi-praktiki konfransda Travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, Travmatologiya və ortopediyada innovasion texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya, onurğa patologiyasında transpedikulyar fiksasiya və s.), çoxsaylı və müştərək travmalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, dayaq-hərəkət sisteminin şüa diaqnostikası, ortopediya və travmatologiyada səhv və fəsadlaşmalar, mövzusunda məruzələr dinləniləcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

10/11/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->