Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

AEM-də dərman vasitələrinə nəzarətin gücləndirilməsinə dair iclas keçirilib

Dekabrın 16-da Nazirlər Kabinetində “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirə keçirilib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi müşavirədə hökumət rəsmiləri, dərman istehsalı və satışı ilə məşğul olan müəssisələrin nümayəndələri dərmanların idxalı və keyfiyyətinə dair müzakirələr aparıblar.

 

 

Müşavirədə iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Mərkəzin akt zalında əməkdaşların iştirakı ilə iclas keçirmişdir. Direktor müşavirədə müzakirə olunanlardan irəli gələn məsələləri əməkdaşlara çatdırmış, müvafiq şöbələrə tapşırıqlar vermişdir.

 

Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasına, Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə, Əczaçılıq subyektləri ilə iş şöbəsinə gücləndirilmiş iş rejimində işləməyi göstərişi verilmişdir.

 

Mərkəzin rəhbərliyi dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi tapşırığını vermişdir

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

19/12/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013