Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Elektron Səhiyyə” xidmətləri üzrə görülmüş işlərə dair tədbir keçirildi

 

22.12.2016-cı il tarixində Səhiyyə Nazirliyində “Acıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Elektron Səhiyyə” xidmətləri üzrə görülmüş işlərə dair tədbir keçirildi.

 

2016-cı il ərzində elektron xidmətlər üzrə bir sıra işlər görülmüşdür.

 

Belə ki, Mərkəzləşmiş İşə Qəbul elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun olaraq yenidən hazırlanmış və tətbiq edilmişdir, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş elektron imza ilə imzalanması və ərizəçiyə elektron formada göndərilməsi təmin edilmişdir.

 

Yeni elektron xidmət olan “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna elektron qeydiyyat”ın proqram təminatı hazırlanaraq tətbiq edilmişdir. Hazırda isə “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətinin proqram təminatının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Elektron xidmətin yeni versiyada istifadəyə verilməsi 2016-cı ilin sonuna nəzərdə tutulub.

 

Qeyd olundu ki, “Elektron xidmət növlərinin Siyahısı”nda göstərilmiş 38 elektron xidmətdən 35-i Səhiyyə Nazirliyi tərəfindən elektronlaşdırılmışdır. Bu xidmətlərin 33-ü “Elektron hökumət” portalına inteqrasiya edilmişdir. Digər 2 elektron xidmətin inteqrasiya olunması istiqamətində işlər aparılır.

 

 2016-cı il ərzində bir sıra elektron xidmətin təşkili zamanı tələb olunan sənəd sayı azaldılmışdır. Azaldılmış sənədlərə misal olaraq – Tərcümeyi-hal, Sertifikasiya şəhadətnaməsinin surəti, Sağlamlıq haqqında arayış və s. kimi göstərmək olar. Bundan əlavə, hüquqi şəxs və əmək kitabçası barədə məlumatların əldə olunaraq bu barədə tələb olunan sənədlərin azaldılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif məktubu göndərilib.

 

Elektron Səhiyyə rəsmi facebook səhifəsi mövcuddur və aktiv fəaliyyətdədir. Bundan əlavə, Elektron səhiyyə portalında onlayn konsultasiya xidməti yaradılmışdır, hansı ki bu xidmət vasitəsilə vətəndaşların elektron səhiyyə barədə bütün sualları real vaxt rejimində cavablandırılır. Səhiyyə Nazirliyinin rəsmi internet saytının və Elektron səhiyyə portalının mobil versiyalarının hazırlanması 2017-ci ilə nəzərdə tutulmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

22/12/2016

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..