Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Siyəzən və Qubada treninqlər təşkil olundu

 

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə başlanılıb. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ilk treninqlər Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Siyəzən və Quba Regional Müalicə Diaqnostika Mərkəzlərində təşkil olunub.

 

Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həllinə, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsinə, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir. Anoloji treninqlərin respublikanın bir sıra regionlarında keçirilməsi planlaşdırılıb.

 

“Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri” və “Şikayətlərin araşdırma taktikası barədə praktiki tövsiyələr” mövzularla Siyəzəndə Regional Müalicə Diaqnostika Mərkəzinin, Siyəzən Rayon Mərkəzi Poliklinikasının, Şabran Rayon Mərkəzi Xəstəxanasının və Xızı Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri iştirak ediblər. Quba Müalicə Diaqnostika Mərkəzində keçirilən treninqdə Quba Müalicə Diaqnostika Mərkəzinin, Quba, Qusar, Xaçmaz Mərkəzi Xəstəxanalarının mütəxəssisləri iştirak etmişdir.

 

Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov və s. çıxış ediblər.

Treninqlərin digər regionlarda keçirilməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

4/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..