Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM-də böyrək transplantasiyasına başlanılacaq

2017-ci il aprelin 5-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Mərkəzin Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin təqdimat tədbiri keçirilib.

 

Tədbirdə Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri t.ü.f.d. Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilmiş nailiyyətlərdən söhbət açıblar. Həmçinin yaxın zamanlarda RMDM-də böyrək transplantasiyasının həyata keçirilməsinə başlanılacağını, bununla da əhalinin sağlamlığı naminə bu sahədə daha böyük uğurlara nail olunacağını qeyd ediblər.

 

Təqdimatda nəzərə çatdırılıb ki, daima inkişafda olan və müasir tibbi yenilikləri tətbiq edən RMDM-də məhz böyrək transplantasiyası üçün də lazımi şərait yaradılıb. Bunun üçün həkim-mütəxəssislərdən ibarət komandanın da yaradıldığı vurğulanıb.

6/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..