Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İslam Universitetində Ümumdünya Fiziki Aktivlik Günü ilə əlaqədar tədbir keçirildi

6 aprel 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə İslam Universitetində “6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü”nə həsr olunmuş maarifləndirici mühazirə təşkil edib.

 

Tədbirdə İSİM-in əməkdaşı tələbələrə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verdi. Mütəxəssis fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin orqanizm üçün vacibliyini vurğulayıb, passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs edib. Həmdə qeyd olunub ki, müasir dövrün tələblərinə uyğunlaşaraq gündəlik fəaliyyətlərində fiziki aktivliyə çox az yer ayrılır. Günlərinin əksər hissəsi passivlikdə, oturaq şəraitdə keçir, bu da öz növbəsində, yaşından, saqlamlıq durumundan asılı olmayaraq orqanizmdə problemlər yaradır, müxtəlif xəstəliklərin emələ gəlməsinə yol açır.

 

Qeyd olunub ki, aktiv həyat tərzi ürək-damar sisteminin, skeletin, əzələ toxumasının möhkəmləndirilməsinə və qeyri-infeksion xəstəliklərin riskinin azaldılmasına səbəb olur. İSİM-in əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirdiyi işlər barədə qısa məlumatı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinə əsasən keçirilmiş mühazirə gənclərin sağlam həyat tərzi haqda məlumat əldə etmələrinə yönəlmişdi.

 

Tədbirin sonunda iştirakçılar İSİM tərəfindən hazırlanmış fiziki aktivliyin faydalarından bəhs edən maarifləndirici materiallarla tanış oldular, daha sonra onları maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırıldı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

6/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..