Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yeni Elektron Xidmət istifadəyə verilib

 

“Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciət və sənədlərin qəbulu” elektron xidmətin istifadəsinin asanlaşdırılması məqsədi ilə elektron xidmət yenidən hazırlanmış və vətəndaşların istifadəsinə verilmişdir.

 

http://e-sehiyye.gov.az/az/s/143/Xarici+%C3%B6lk%C9%99l%C9%99rd%C9%99+ali+v%C9%99+orta+ixtisas+t%C9%99hsili+alm%C4%B1%C5%9F,+diplomdan+sonra+ixtisasla%C5%9Fma+ke%C3%A7%C9%99n+tibb+v%C9%99+%C9%99cza%C3%A7%C4%B1l%C4%B1q+i%C5%9F%C3%A7il%C9%99rinin+i%C5%9F%C9%99+burax%C4%B1lmas%C4%B1+%C3%BC%C3%A7%C3%BCn+m%C3%BCraci%C9%99tin+v%C9%99+s%C9%99n%C9%99dl%C9%99rin+q%C9%99bulu

 

Xidmətin istifadəyə verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.01.2017- ci il tarixli 03 nömrəli əmri ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2017-ci il üçün İş Planı”nın 1(1.1.) – ci bəndinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.02.2017 – ci il tarixli 09 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın 2 (5.4.2.2.) – ci bəndinin icrası məqsədi ilə həyata keçirilmişdi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı

7/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..