Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.

 

Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.

 

2017-ci ilin Ümumdünya Sağlamlıq Günü yayılmasına görә әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsinin ikinci amilinә, vә ÜST-nın Avropa regionunda 128 000 suisid halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilmişdir. Depressiya pozğunluğu olan insanların sayı regionda 40 milyon tәşkil edir ki, 2015-ci ilin sağlamlıq vəziyyətinin qlobal qiymәtlәndirilmәsinin bu yaxında dәrc edilmiş nəticələri bu göstәricini olkәlәr səviyyəsində әhalinin 3,8-6,3% civarında tәşkil etdiyini göstәrmişdir.

 

ÜST-nın Avropa regional bürosunun direktoru Dr. Zsuzsanna Jakab-nı sözlәrinә görә "Depressiyanın müalicә vә profilaktikasının mümkün olduğuna baxmayaraq, dәrin depressiyası olan insanların әn az 75%-i adekvat müalıcә almır. Lakin tәk xidmәtlәrin miqyasının genişlәndirilmәsi yetәrli deyil; bu problem barәdә әhalinin mәlumatlılığının artırılması, damğanın daha yaxşı başa düşülmәsı vә sәviyyәsinin azaldılması üzәrindә iş eyni dәrәcә әhәmiyyәtә malikdir.

 

ÜST-nın "Depressiya: gәlin danışaq" kampaniyası geniş ictimaiyyət kütlәsinin depressiyanın nәticәlәri vә onunla mübarizә yolları vә, elәcә dә, depressiya ilә yaşayan insanlara dәstәyin necә verilmәli olduğu barәdә mәlumatlandırılmasına yönәldilmişdir.

 

Azәrbaycanda da Sәhiyyә Nazirliyi vә ÜST-nın dәstәyi ilә Ümümdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә birgә tәdbirlәrinin hәyata keçirilmәsi planlaşdırılır.

 

Depressiya tez-tez digәr vәziyyәtlәrlә yanaşı әmәlә gәlir vә 15-29 yaş arasında insanların ölüm hallarının sәbәbi kimi yol-nәqliyyat hadisәlәrindәn sonra ikinci yerdә olan suisidә gәtirә bilәr. Kişilәrlә müqayisәdә qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında suisid hallarının sayı daha çoxdur: 2015-ci ildә aşağı vә orta gәlir sәviyyәli ölkәlәrdә qadınlarla müqayisәdә kişilәr dörd dәfә çox suisidә әl atmışlar.

 

Depressiyanın terapiya vә ya antidepressant (vә ya hәr ikisi) vasitәsi ilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır: ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq qöstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә dörd dollar mәnfәәt gәtirir.

 

Xәstәlik barәdә mәlumatlılığın artırılması ilә depressiyanın daha effektiv profilaktikası ölkәlәr tәrәfindәn sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi әhatә olunmaya keçidә dair aparılaraq işin ayrılmaz hissәsi olacaqdır. Bu iş ölkәlәrә Davamlı Inkişaf Mәqsәdlәrinin 2030-cu ilә qәdәr profilaktika vә müalicә vasitәsi ilә qeyri - yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdә birinә qәdәr azaldılması vә psixi sağlamlığına vә rifahın yaxşılaşdırılmasına dair 3,4 bәndinin yerinә yetirilmәsindә yardım edәcәkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

7/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..