Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Koxlear implantasiya əməliyyatlarına hazırlıq məktəbi fəaliyyətə başlayır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləriylə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib.

 

Məktəb 10 aprel 2017-ci il ATU-nun Tədris-Cərrahiyyə Klinikasında ilk dərslərinə başlayacaqdır.

 

Məktəbdə t.ü.f.d. A. Abbasova öncə komissiyaya müraciət edən ailələrə uşaqların ağıreşitmə problemləri, onun həlli yolları, koxlear implantasiya əməliyyatı və bu əməliyyatdan sonrakı dövrdə reabilitasiya məsələləri ilə əlaqəli mühazirələr oxuyacaq, praktik təlimlər keçiriləcəyi barədə məlumat verəcək. Hazırda məktəbin təşkili üçün ATU-nun Tədris-Cərrahiyyə Klinikasında bütün lazımi şərait və mütəxəssislərdən ibarət qrup yaradılıb.

 

Səhiyyə Nazirliyi mətbuat Xidmətinin məlumatı

10/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..