Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vətəndaşların icbari dispanserizasiyası müvəffəqiyyətlə davam edir

Səhiyyə müəssisələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 15-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur.

 

15.02.2017-ci il tarixindən-15.03.2017-ci il tarixinədək ölkə üzrə ümumilikdə 1940603 ölkə vətəndaşı icbari dispanzerizasiyadan keçib. Bunlardan 1715014 böyüklərin, 225589 nəfər isə uşaqların payına düşür.

 

Müayinələr zamanı ümumilikdə 3053 nəfərdə infeksiyon, 793 nəfərdə yenitörəmələr, 4368 nəfərdə qanyaradıcı xəstəliklər, 4368 nəfərdə endokrin və s xəstəliklər aşkarlanıb.

 

Bundan başqa, tibbi müayinədən keçirilənlər sırasında həzm üzvlərinin xəstəliklərinə, virus və yoluxucu xəstəliklərə, dəri xəstəliklərinə, tənəffüs, görmə və eşitmə pozğunluqlarına, hamiləlik və zahılıq dövrünün xəstəliklərinə də rast gəlinib.

 

Aşkarlanmaların nəticəsi olaraq 30518 nəfər dispanser qeydiyyata götürülüb. 70535 nəfər sağlamlaşdırılıb, 13366 hospitalizə olunub, 783745 əlavə müayinələrə cəlb olunub. Bura rentgen, laborator, USM və EKQ müayinələri daxildir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..