Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Cibuti Respublikasının səhiyyə nazirini qəbul etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev Cibuti Respublikasının səhiyyə naziri Dr. Cama Elmi Okiehi və nümayəndə heyətini ölkəmizə rəsmi səfəri zamanı qəbul etmişdir.

Qonaqlar öncə ümummilli lider Heydər Əliyev və görkəmli akademik Zərifə Əliyevanın məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Səhiyyə Nazirliyində baş tutan görüşdə ilk olaraq müqabil tərəf 2017-ci ilin “İslam Həmrəyli İli” elan etməsini bütün İslam Dünyası ölkələrində rəğbətlə qarşılandığını vurğulayıb.

 

Qonaq həmçinin “İslam Həmrəyli Oyunları” nın Azərbaycanda keçirilməsini ölkə rəhbərliyinin sağlam həyat tərzinin təşviqi və sosial yönümlü siyasətinin bariz nümunəsi olduğunu bildirib.

 

Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması və Azərbaycanın səhiyyəsinin qazandığı müsbət təcrübədən cibutili həmkarların istifadəsi, azərbaycanlı həkimlərin bu ölkədə qısa müddətdə cərrahi əməliyyatlar aparması üzrə təkliflər verildi.

 

Səhiyyə naziri Oqtay Şirəliyev də son illər ərzində səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda qonağa məlumat verdi.

Görüşdə yaradılan şəraitlə yerlərdə tanışlıq üçün qonaq bir sıra tibb müəssisələrinə dəvət olunmuşdur.

 

Görüş başa çatdıqdan sonra Cibuti Respublikasının Səhiyyə Naziri Dr. Cama Elmi Okieh və nümayəndə heyəti Elmi Tədqiqat Pediatriya İnstitutunda müəssisənin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Azərbaycanda uşaqların sağlamlığının qorunması nəinki səhiyyənin prioritet sahəsi kimi, eləcə də Dövlətin sosial yönümlü siyasətinin əsasistiqamətlərindən biri olduğu bildirilib.

 

Digər tanışlıq görüşü Azərbaycan Tibb Universitetində baş tutub.

Qonaqların şəxsi istəkləri ilə baş tutan görüşdə universitetin rəhbərliyi və müəllim-professor heyəti iştirak edib. Qonaqlara tibbi təhsildə aparılan islahatlardan, Boloniya sisteminə keçid və Tibbi Rezidentura sistemindən məlumat verilib. Cibutili tələbələrin Tibb Universitetində təhsil almaq imkanlarına dair təkliflər qəbul edilmişdir.

 

Anoloji görüş Milli Onkologiya Mərkəzində olub.

 

Milli Onkologiya Mərkəzində görüşlərdə xərçəngin erkən aşkarlanması üzrə respublikada səyyar briqadalarla mütəmadi monitoringlərin aparılması, xəstələrin müalicəsi üzrə Dövlət Proqramı haqqında müzakirələr aparılıb. Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətə ezam olunaraq orada nəzəri təcrübi kursların təşkili haqqında təkliflər vermələri planlaşdırılmışdır.

 

Milli Oftalmologiya Mərkəzində də görüş keçirilmişdi. Mərkəzdə görüş zamanı Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) rəhbərliyi də iştirak edirdi. AİDA təşkilatının xətti ilə Azərbaycanlı oftalmoloqlar Cibuti də daxil olmaqla Afrikanın bir sıra ölkələrində oftalmoloji cərrahi əməliyyatlar aparmışlar.

 

Bu layihənin davam etdirilməsi və Azərbaycanlı mütəxəssislərin Cibutiyə qısa müddətə ezam olunaraq orada nəzəri təcrübi kursların təşkili haqqında təkliflər qəbul edilmişdir.

 

Səfər proqramı çərçivəsində Cibuti nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində də olmuşdur.

 

Görüşlərdə Azərbaycanın Cibuti səhiyyəsinə texniki və maddi yardımı məsələləri müzakirə edilmiş Dövlət tərəfindən tibbi cihazlar və xəstəxana ləvazimatının müqabil tərəfə verilməsi haqqında qərar qəbul edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18/04/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..