Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Elektron Səhiyyə üzrə beynəlxalq konfrans keçirilmişdir

11-13 may 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində HİMSS Türkiyə 2017- Elektron Səhiyyə üzrə beynəlxalq konfrans keçirilmişdir.

 

Konfransda Türkiyə, Avropa və s. regionlardan olan 1000-dən artıq səhiyyə, tibb müəssisəsi, şirkət rəhbərləri, investorlar və Elektron Səhiyyə mütəxəssisləri iştirak etmişdi.

 

Konfransın təşkilində əsas məqsəd səhiyyə elminin vacib sahələrindən olan Səhiyyə informatikası sahəsinə yeni əlavələr və layihələrin tətbiqi idi.

 

Tədbir zamanı müxtəlif treninqlər, seminarlar, dəyirmi masalar təşkil olunmuş və gələn qonaqlardan müsahibələr alınmışdır. Çıxış edənlərin sırasında HİMSS-in dünya üzrə icraçı direktoru Stefen Liber, Türkiyə Səhiyyə nazirinin müavini professor Eyup Gümüş, Türkiyə Səhiyyə informatika sistemlərinin baş direktoru Dr.Mahir Ülgü, Səhiyyə nazirliyinin baş müşaviri Dr. Şuayip Birinci və digər mütəxəssislər olmuşdur.

 

Konfransda ölkəmizi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyini nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru C.Əsəd-zadə təmsil edirdi.

 

C.Əsəd-zadə öz müsahibəsində konfransın önəmli və faydalı olduğunu qeyd etmiş, Türkiyə Cümhuriyyətinin Səhiyyə Nazirliyi ilə informatika sahəsində də birgə əməkdaşlığın genişləndirilməsi və belə bir təbirin gələcəkdə ölkəmizdə keçirilməsi təklifi ilə çıxış etdi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..